"Özümü Bayden administrasiyasının Ukrayna haqqında yalanlarını ifşa edən qürurlu vətənpərvər hesab edirəm".
Publika.az “European Pravda”ya istinadən istinadən xəbər verir ki, bunu "Discord" vasitəsilə Pentaqonun məxfi məlumatlarını sızdırmaqda təqsirləndirilən ABŞ hərbçisi Cek Teyşeyra məhkəmədə deyib.
Qeyd olunur ki, ədalət mühakiməsinə mane olmaqda təqsirli bilinən 23 yaşlı əsgər hərəkətlərinin qanunsuz olduğunu bildiyini, lakin Bayden administrasiyasının ABŞ ictimaiyyətini Ukraynadakı müharibə ilə bağlı necə çaşdırdığı barədə həqiqəti söyləmək məcburiyyətində olduğunu söyləyib.
“Mən pula görə bu mənasız müharibədə bir amerikalı, rus və ya ukraynalının həyatını xilas etmişəmsə, cəzam buna dəyər", - deyə Teyşeyra bildirib. Həmçinin Cek prezident Donald Tramp kimi Ədliyyə Nazirliyinin qurbanı olduğunu vurğulayıb.