AZ

Bu şəxslərə sağlamlıq arayışının pulsuz verilməsi təklif edilir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin adından təklif edirəm ki, ilk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı rüsum ödənilmədən təmin edilsin.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev təklif edib ki, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın.

Seçilən
2
10
xezerxeber.az

10Mənbələr