Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Milli Qurultaydakı çıxışında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna birbaşa çıxışı olan yeni avtomobil yolunun tikintisinin başlandığını bəyan edib.
Qazaxıstan mətbuatının yazdığına görə, Tokayev deyib: "Hökumətə Astanadan başlayıb Arkalık, Turqay və İrqizdən keçərək, birbaşa Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxan avtomobil yolunun tikintisinə başlamaq göstərişi verilib".
Tokayevin sözlərinə görə, yeni magistral ölkənin mərkəzi və qərb regionları arasındakı yolu 560 km qısaltmaq imkanı verəcək.
Hürr Tərcüman