AZ

Builki Antalya Diplomatiya Forumunda “Müxtəlifləşən dünyada diplomatiyanı sahiblənmək” mövzusu müzakirə olunacaq

İstanbul, 14 mart, Günel Karatepe, AZƏRTAC

Bu il aprelin 11-dən 13-dək Türkiyədə keçiriləcək IV Antalya Diplomatiya Forumunda (ADF2025) “Müxtəlifləşən dünyada diplomatiyanı sahiblənmək” mövzusu müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunur.

Forumda qlobal parçalanmaların artdığı bir dövrdə diplomatiyanın sabitləşdirici güc kimi yenidən təsdiqlənməsinə olan təcili ehtiyac, böyüyən geosiyasi çatlar, dərinləşən qlobal bərabərsizliklər, mülki şəxsləri hədəf alan zorakılıq hallarının artması, fərqli baxışlara qarşı dözümsüzlük, texnoloji inkişafın yaratdığı qeyri-müəyyənliklər və iqlim böhranının çoxşaxəli təsirləri, bu halların ortaq ədalət duyğusunu sarsıtması və beynəlxalq qurumlara olan etimadın zəifləməsi kimi məsələlər ətrafında fikir mübadisi aparılacaq. Antalya Diplomatiya Forumu belə mürəkkəb çağırışların və çoxsaylı böhranların səciyyələndirdiyi və artmaqda olan qeyri-sabitlik və qeyri-müəyyənlik dövründə çoxtərəfli nizamın sistemli problemlərini dəyərləndirməyi və sürətlə dəyişən beynəlxalq mühitdə diplomatiyanın əhəmiyyətini müzakirə etməyi hədəfləyir.

Forum diplomatiyanın inkişaf trayektoriyasını necə dəyişə biləcəyini və parçalanmış bir dünyada birlikdə hərəkət etmək üçün ortaq zəminin necə yaradılacağını araşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri, akademikləri, iş dünyası ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.

Tədbirdə diplomasiyanın daha əhatəli, çevik və dayanıqlı hala necə gətirilə biləcəyini araşdırmaq üçün ənənəvi diplomatik səyləri dəstəkləyən qeyri-hökumət iştirakçılarının rolu da müzakirə olunacaq.

 

Seçilən
2
azertag.az

1Mənbələr