AZ

Ruslar 1 həftəyə 33 yaşayış məntəqəsini tutublar

Rusiya Müdafiə Nazirliyi diqqət çəkən bəyanat yayıb. Qeyd edilib ki, Rusiya qoşunları bir həftə ərzində Ukrayna ərazisi və Kursk vilayətində 33 yaşayış məntəqəsini tutub.

"Qətiyyətli hərəkətlər nəticəsində 29 yaşayış məntəqəsi azad edildi: Sudja, Viktorovka, Nikolaevka, Staraya Sorochina, Lebedevka, Kositsa, Malaya Loknya, Çerkasskoye Poreçnoye, Aqronom, Boqdanovka, Bondarevka, Dmitryukov, Zazulevka, Ivaşkinovka, Martxaikov, Yujnı, Kazaçya Loknya, Pervıy Knyajiy, Vtoroy Knyajiy, Zamostye, Mirnı, Podol, Melovı, Qonçarovka, həmçinin Novenkoye azad olunub", - nazirlik bəyane dib. Bundan başqa qondarma "DXR"də Dneproenerji, Konstantinopol, Novomarkovo və Qorki şəhərlərinin də tutulması elan edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
10
news365.az

1Mənbələr