AZ

Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

News24.az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə r*şvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib.

Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayşları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Agentliyimiz tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb.

Seçilən
17
48
news24.az

10Mənbələr