Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycana 8,4 milyon kilovatt-saat(kVt·st) elektrik enerjisi idxal edilib.
Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə5,1 milyon kVt·st və ya 37,8% azdır.
Belə ki, 2024-cü ilin ikinci ayında Azərbaycana 13,5 milyonkilovatt-saat (kVt·st) elektrik enerjisi idxal edilib.
Bəhs olunan dövrdə Azərbaycanın elektrik enerjisi ixracı 146,1milyon kVt·st olub. Bu, əvvəlki ilin fevral ayı ilə müqayisədə 39,4milyon kVt·st, yaxud da 36,9% çoxdur. Ötən ilin ikinci ayında bugöstərici 106,7 milyon kVt·st idi.
Qeyd edək ki, fevralda Azərbaycanda elektrik enerjisininistehsalı 2,37 milyard kVt·st olub ki, bu da, illik müqayisədə 101milyon kVt·st və ya 4,4% çoxdur. 2024-cü ilin fevral ayındarespublika üzrə elektrik enerjisinin istehsalı 2,2 milyard kVt·stolub.