AZ

Baş nazir deputatların iradlarına cavab verdi: "Bəziləri ilə razı deyilik"

Biz başa düşürük ki, gördüyümüz işlər tam deyil. Həyat davam edir, qarşımızda yeni tapşırıqlar və həll  olunmayan məsələllər var.

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı səslənən suallara cavab olaraq bildirib.

“Təbii ki, iş olan yerdə hansısa çatışmazlıqlar var. Bu gün millət vəkilləri tərəfindən söylənilən fikirlərin bəziləri ilə prinsipcə razı deyilik. Bəzilərinin yeri var. Yəqin ki, biz o məsələləri bu və ya digər səbəblərdən vaxtında icra etməməşik. Keçmiş illərdə olduğu kimi bu məsələlər hökümət tərəfindən nəzarətə götürüləcək. Həlli istiqamətində addımlar atılacaq”, - deyə Baş nazir qeyd edib.

Seçilən
0
4
modern.az

5Mənbələr