Bayram süfrəsi qurmaq bir ailəyə neçəyə başa gəlir? - REPORTAJ - FOTO - VİDEO
Şaxtalı və qarlı qış günlərinin yaz fəsli ilə əvəz olunmasına sayılı günlər qalıb. Çiçək təravətli baharın ən gözəl müjdəçilərindən biri də Novruz bayramıdır. Uzun və qədim bir keçmişə malik olan bu gözəl bayramda hər kəs süfrəyə bir-birindən dadlı təamlar düzür, növbənöv nemətlərlə bayram xonçaları bəzəyir. Bəs bir ailənin Novruz süfrəsi qurmağı üçün təxmini nə qədər büdcəyə ehtiyac var? 1news.az bu sualın cavabını tapmaq və qiymətlərlə maraqlanmaq üçün “Gənclik” metrostansiyasının çıxışında yerləşən “Kənddən şəhərə” Novruz yarmarkasına üz tutub. Yarmarkalarda satılan məhsulların qiymətini təqdim edirik: Alma - 0.50 – 2 manat Qızıləhmədi alması - 2 manat Armud - 2 manat Xurma - 0.30 – 1.50 manat Qabıqlı qoz - 6- 10 manat Ləpə - 12 - 26 manat Qabıqlı fındıq - 6 – 8 manat Fındıq ləpəsi – 14 - 18 manat Qabıqlı badam – 4.50 manatdan başlayır Qabıqsız badam – 15 - 24 manat Şabalıd – 9 - 10 manat Kişmiş – 7 - 17 manat İydə - 6 - 8 manat İnnab – 5 – 12 manat Səməni – 1 - 20 manat Xonça – 8 - 12 manat Şamlar – 1 - 3 manat Suvenirlər – 1 manatdan - 5 manata qədər Qeyd edək ki, martın 8-də fəaliyyətə başlayan yarmarka 19 marta qədər davam edəcək. FOTO - VİDEO: Nadir İbrahimli