Aktyor Elməddin Cəfərov Fərda Xudaverdiyevlə aralarında yaşananlara aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, "YouTube"da yayımlanan “Künc-bucaq” verilişində qonaq olan məşhur həmkarı ilə yaranan qalmaqalı belə təsvir edib:
“Mən Fərdanı çox istəyirəm. O, mənim üçün stənd-apda bir nömrəli aktyordur. Dostluğum olan insandır. Dostum dediyim insan haqqımda elə söz deməməlidir. Çünki o da məni tanıyır ki, elə bir xarakterim yoxdur. Mən kimlərləsə çörək kəsmişəm, amma heç kəsin çörəyin kəsməmişəm. Bu sözü dediyi üçün çox incidim. Bir qardaş kimi həmişə yanında olmağa çalışmışam. Sadəcə bunu dedim. Tolikin verilişində başqa şou düzəltdilər. Zəng etsələr də açmadım. Çünki niyyətim qalmaqal deyildi.
Heç vaxt keçmişimi satmaq istəmirəm. Pis olan şeyi də abır edərəm satmaram. Olub, o mənim tariximdir və qalıb. Zirvədə, ya da harada olur-olsun saxlamısansa, bitib”.
Aytac Şahin
Telegram kanalımız