Kiyev atəşkəs tətbiq ediləcəyi təqdirdə ona əməl olunmasına nəzarət etmək üçün monitorinq qrupu yaratmağa başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb.
"Biz artıq mümkün atəşkəsə düzgün nəzarət etmək üçün müvafiq fəaliyyət alqoritmlərini hazırlayacaq komanda formalaşdırmağa başlamışıq” , - deyə nazir jurnalistlərə açıqlamasında deyib.
Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri bu prosesi “son dərəcə mürəkkəb” adlandırıb.