AZ

İşğaldan azad edilmiş 8 şəhərin Baş planı tam başa çatdırılıb

İşğaldan azad edilmiş ərazilərdə 8 şəhərin Baş planı tam başa çatdırılıb.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

“Bugünkü paneldə işğaldan azad edilmiş ərazilərdə görülən işlər diqqətə çatdırıldı. Digər iştirakçılar da qeyd etdilər ki, Azərbaycan modeli dünya üçün bənzərsiz bir nümunədir. Biz dünyada və regionda ən yaxşı şəhərləri inşa edirik. 8 şəhərin Baş planı tam başa çatdırılıb. O ərazilərdə artıq 40 min əhali yaşayır və işləyir”, - o qeyd edib.

Seçilən
14
7
apa.az

8Mənbələr