AZ

Putin: ““Xoş gəlmisiniz” deməyə hazırıq, amma...”

Prezident Vladimir Putin bəzi xarici şirkətlərin Rusiya bazarına qayıtmaq üçün gizli danışıqlar apardığını və bununla bağlı qapıların açıq olduğunu deyib. 

"Cebheinfo.az" xəbər verir ki, bununla belə, Putin Rusiya şirkətlərinin daha əvvəl doldurduqları sahələri qoruyacağını və xarici şirkətlərə heç bir imtiyaz verilməyəcəyini bəyan edib. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra keçirilən mətbuat konfransında Putin “Qərb tərəfdaşlarımızın bəzilərinin Rusiya bazarına qayıtması həm onların, həm də şirkətlərimizin xeyrinə ola bilər. 

Hazırda bu məsələ ilə bağlı bağlı qapılar arxasında, amma qarşı tərəfin təşəbbüsü ilə danışıqlar aparırıq. Proses sakit, hörmətlə və qarşılıqlı maraqları nəzərə alaraq gedir”,- deyin. Putin vurğulayıb ki, Rusiya heç bir şirkəti sıxışdırmayıb və ya bazarını bağlamayıb. O əlavə edib ki, ölkənin texnoloji müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş bütün proqramlar davam etdiriləcək. 

Xatırladaq ki, fevralın sonunda Putin Rusiya hökumətinə xarici şirkətlərin geri qaytarılması mexanizmlərini hazırlamağı tapşırmışdı. Müvafiq olaraq, Rusiya istehsalçıları Ümumdünya Ticarət Təşkilatı çərçivəsində öz üstünlüklərini qoruyacaqlar. Rusiya rəsmiləri bu prosesdə Rusiyanın iqtisadi maraqlarını ön planda tutacaqlarını və xarici şirkətlərin bərabər şərtlərlə rəqabət mühitinə girməli olduqlarını bəyan edirlər. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr