Avstriya Ukraynaya 7 milyon avro ayıracaq, bunun 5 milyonu kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, 2 milyonu isə taxılın Yaxın Şərq ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.
İndex.az “Die Presse”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger martın 14-də Kiyevə səfəri zamanı bildirib.
Səfər çərçivəsində Maynl-Rayzinger Ukraynanın Baş naziri Denis Şmıqalla görüşəcək.
Daha əvvəl Ukrayna XİN başçısı ilə telefon danışığında o, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.