“Bayırşəhər”də tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz.
APA xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Anar Quliyev bildirib ki, tarixi abidələrin sökülməsindən heç vaxt söhbət getməyib və gedə bilməz:
“Bəzi artıq aşınmış evlər var ki, onlar sökülə bilər, yenidən qurula bilər, ancaq məhəllənin tamamilə sökülməsindən söhbət gedə bilməz”.