Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.
Apa Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Rusiya Prezidentini Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb.
Ermənistan və Rusiya liderləri regional və ikitərəfli münasibətlərə aid digər məsələləri də müzakirə edib.