AZ

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.

Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-i Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.

Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Səfər martın 19-dək davam edəcək.

Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

Türkman
Seçilən
18
6
apa.az

7Mənbələr