Ermənistan parlamentində polis müxalifətçi deputat Qarnik Danielyanı ofislərdən birində elektron siqaretdən istifadə etdiyinə görə cərimələyib.
Hafta.az xəbər verir ki, bu haqda “armtimes” məlumat yayıb.
Deputat cərimə ilə bağlı qərarı eşidəndən sonra polisin olmasından hədsiz narahat olub.
O qeyd edib ki, Ermənistan parlamenti tarixində belə hal olmayıb və o, tüstülənən siqaret yox, elektron siqaret çəkdiyi üçün cərimədən şikayət edəcək.
Xatırladaq ki, Qarnik Danielyan terrorçu eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatıdır. O, 2024-cü ilin yaz-yay aylarında revanşist keşiş Baqrat Qalstanyanın başçılığıyla Qazaxın məlum anklav kəndləri ilə həmsərhəd Tavuş vilayətindən başlanan etiraz aksiyalarında fəal iştirak edib.