AZ

Qusarda bələdiyyəyə məxsus sahə YANIR

Qusarın ucqar Zuxul kəndi ərazisində bələdiyyəyə məxsus çətin relyef şəraiti olan sahədə yanğın başlayıb.

Əraziyə nəqliyyat vasitəsi ilə getmək mümkün olmadığından alovun əllə söndürülməsi işləri aparılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla belə yanğın yerinə FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Alovun 70 faizi söndürülsə də, yanğın hazırda da davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
3
bizim.media

1Mənbələr