AZ

Kabinetlərdə oturaraq bəzi şeyləri görmürük – Baş nazir

Baş nazir Əli Əsədov Milli Məclis üzvlərinin iqtisadi məslələrin daha geniş məşvərət məclisində müzakirə edilməs təklifini qəbul edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, təklif parlamentin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatın təqdimatında irəli sürülüb.

“Hökumət üzvləri, hökumətdə təmsil olunan nazirliklərin, dövlət komitələrinin və agentliklərinin nümayəndələri ölkə Prezidentinin tapşırıqları ilə qarşımıza qoyulmuş hədəflərə çatmaq üçün bəzi məsələləri dəfələrlə müzakirə edirlər, onlara İqtisadi Şurada baxılır. Təklif edildi ki, məsələlər daha geniş məşvərət məclisində iqtisadçı alimlərin, ümumiyyətlə təcrübəsi olan şəxslərin iştirakı ilə müzakirə edilsin. Bu təklifi qəbul edirəm. Yəqin ki, bu barədə Milli Məclisə məlumat çatdırılacaq. Təbii ki, sizin də işiniz çoxdur, bizdə də vaxtımız o qədər çox deyil. İldə iki dəfə və yaxud rübdə bir dəfə mümkün qədər yığışıb bəzi məsələləri müzakirə edərik. Təbii olaraq kabinetlərdə oturaraq bəzi şeyləri görmürük, sizlər yerlərdə olaraq birbaşa seçiçilərlə təmasda olaraq bizim görmədiyimiz məslələri çatdıra bilərsiniz”, – deyə o qeyd edib.

Seçilən
0
2
konkret.az

3Mənbələr