AZ

Azərbaycan - Belarus oyunu gürcüstanlı hakimə tapşırıldı

Azərbaycan - Belarus oyununun hakim təyinatları açıqlanıb.

Azərbaycan millisinin martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

Operativ Media xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşmanı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edəcək. Yan xətt hakimləri Davit Axvlediani və Davit Qabisonia olacaqlar.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Seçilən
6
operativmedia.az

1Mənbələr