Əvvəlcə Seymur Orucov Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədrinin səhiyyə məsələləri üzrə müşaviri, tibb üzrə fəlsəfə doktoru Aynur Pənahova və sədrin təşkilati məsələlər üzrə köməkçisi Gülçin Zeynallı ilə görüşüb, nəcib, xeyirxah addıma görə hər kəsə dərin minnətdarlığını bildirib. A.Pənahova bildirib ki, şəhidlərimizin əmanəti olan ailə üzvlərinə sahib çıxmaq bizim həm vəzifə, həm də mənəvi vicdan borcumuzdur. Ölkəmizin Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva cəmiyyətimizin hər bir fərdinin şəhid ailələrinə diqqət və qayğı göstərməsinin zərurətini dəfələrlə qeyd ediblər. O, Ağstafada da şəhid ailələrinin üzvləri olan pasiyentlərə ən yüksək standartlar səviyyəsində xidmət göstərəcəklərini bildirib. Qonaqlar, İctimai Birliyin rəhbərliyi adından təşkilati işlərə verdikləri dəstəyə görə Ağstafa Rayon İcra Hakimiyyətinə, o cümlədən TƏBİB-ə təşəkkürlərini çatdırıblar.
Tibbi müayinə və müalicə aksiyasının keçirildiyi Ağstafa şəhərində yerləşən “Ailə” klinikasında ağstafalı şəhid ailələrinin üzvləri ilə qısa görüş baş tutub. Layihənin rəhbəri, cərrah-ginekoloq Aynur Pənahova qeyd edib ki, ginekoloji müayinə bir çox xəstəliklərin vaxtında aşkarlanıb, daha tez müalicəsinə imkan verir. Ona görə də bugünkü aksiya bu baxımdan da faydalı olacaq. Öz növbəsində Gülçin Zeynallı İctimai Birliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz sosial mahiyyətli layihələri həyata keçirmək, dəstəkləmək olduğunu deyib və bugünkü aksiyanın bu baxımdan da önəminə diqqət çəkib. Ardınca şəhid ailə üzvlərinin müayinə və müalicə prosesi gerçəkləşdirilib. Pasiyentlər prosesdən və ümumiyyətlə, bu nəcib təşəbbüsdən razlıqlarını ifadə ediblər. Vurğulayıblar ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman onların qayğısına qalıblar. Şəhid ailələri dövlətimizin və cəmiyyətimizin onlara göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürlərini çatdırıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta