AZ

İmişli Rayon Ağsaqqallar Şurasının Məzrəli kənd təşkilatı üçün nəzərdə tutulan otağın açılış keçirilib

Bu gün İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov başda olmaqla şuranın rəhbər heyəti Məzrəli kənd Ağsaqallar Şurasının üzvüləri ilə birlikdə kənd təşkilatı üçün nəzərdə tutulmuş yeni otağın təmirdən sonra açılış tədbirini keçirmişdir.

Açılışdan öncə tədbir iştirakçıları kənd qəbirsanlığında olaraq Məzrəli kənd sakinlərindən Vətən müharibəsində iştirak edərək şəhid olanların xatirəsinə ucaldılmış adidənin önünə tər gül dəstələri düzərək onları yad etmişlər. Sonra isə Məzrəli kənd ağsaqqallar şurasının otağının həyətyani sahəsində yerləşən, 1941-1945- ci illər Böyük Vətən Müharibəsnə aid "Əsgər anası"na ucaldılmış abidə önünə də tər çiçəklər düzmüşlər.

Sonra tədbir iştirakçıları kənd ağsaqqalları təşkilatı üçün təmirdən çıxmış yeni otaq və onun həyətyanı sahəsinin zövqlə səliqəyə salınması ilə yaxında tanış olmuşlar.

Saleh Səmədov istifadəyə verilən yeni otaq və yaradılmış şərait münasibəti ilə kənd ağsaqqallarını təbrik eymiş və bildirmişdir ki, cəmiyyətimizdə sağlam mühitin formalaşması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişmsində ağsaqqallarımızın xidmətləri və məsuliyyəti böyükdür. Biz, hər birimiz həmişəki kimi dövlətimizə, prezidentimizə sədaqətlilik nümunəsi olaraq fəaliyyətimizi bu prinsiplər əsasında uğurla davam etdirmək əzmindəyik.

Bayramsayağı keçirilən tədbirdə çıxış edənlərin hər biri yaradılmış şəraitə görə xoş təəssüratlarını ifadə etmiş, eyni zamanda istifadəyə verilən otağın lazım olan avadanlıqlarla təminatına və mənəvi dəstəyinə görə Saleh Səmədova dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə xatirə şəkilləri çəkilmişdir.

Seçilən
6
yeniazerbaycan.com

1Mənbələr