Dövlət Gömrük Komitəsi itlər üçün quru yemin satınalınması ilə bağlı tender elan edib.
Valyuta.az xəbər verir ki, itlər üçün 21 249, 6 kq-lıq quru yem alınması nəzərdə tutulur.
Əlavə olaraq, 88 ədəd xalta, eyni xalta üçün ip, 176 ədəd oyuncaq top və eyni rəqəmdə itlərin yemlənməsi və su içməsi üçün qabın alınması da müqaviləyə daxildir.
Qeyd olunan məhsullar üçün ehtimal olunan qiymət 223 min 237 manatdır.
Maya Hüseynova