AZ

Yanvarda Britaniya iqtisadiyyatı kiçilib

London, 14 mart, AZƏRTAC

Böyük Britaniya iqtisadiyyatı yanvar ayında gözlənilmədən kiçilib.

AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat 0,1 faiz azalaraq proqnozlardan daha zəif nəticə göstərib. Buna emal sənayesində geriləmə səbəb olub.

Hökumət iqtisadi artımı prioritet elan etsə də, iqtisadi zəifləmə maliyyə naziri Reyçel Rivz üçün çətinliklər yarada bilər. O, vergi və xərclərlə bağlı müəyyən etdiyi qaydalara əməl etməyə çalışır. Rivz iqtisadiyyatın canlandırılması üçün daha sürətli və daha irəli addımlar atmaq lazım olduğunu vurğulasa da, müxalif Mühafizəkarlar Partiyası hökuməti artım əleyhdarı olmaqda ittiham edib.

İqtisadçılar yanvar ayında iqtisadiyyatın 0,1 faiz artacağını proqnozlaşdırırdılar. Dekabr ayında isə 0,4 faiz artım qeydə alınmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
2
1
azertag.az

2Mənbələr