AZ

Vüqar Bayramov: "Gələn il işğaldan azad edilmiş ərazilərə qayıdanların sayı 140 minə çatacaq"

"İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Qarabağ və Şərzi Zəngəzura qayıdanların sayı bu il 40 minə, gələn il isə 140 minə çatacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Həmin ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması Azərbaycanın gücünün, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir", - deyə o qeyd edib.

Seçilən
0
1
far.az

2Mənbələr