AZ

Bakı kəndlərində bağ evlərinin satış və kirayə qiymətləri - FANTASTİK QİYMƏTLƏR

Ekspert bildirib ki, Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna və Novxanı ərazilərində bağ evlərinin qiymətləri daha bahadır.

Son illərdə bağ evlərinə olan maraq artmaqda davam edir. Xüsusilə yaz və yay mövsümündə bağ evləri kirayə götürülür, ya da satın alınır.

Bəs bu il qiymətlərdə hansı dəyişikliklər gözlənilir?

Məsələ ilə bağlı ekspert Ramil Qasımzadə Operativ Media-ya açıqlama verib.

O bildirib ki, bağ evlərinin kirayə və satış qiymətləri bazardakı müxtəlif amillərə görə dəyişir: "Təbii ki, qış ayları ilə müqayisədə yaz və yay mövsümündə bağ evlərinə tələbat daha çox olur və bu da qiymətlərə təsir edir. Əsasən bağ evləri yaz-yay mövsümündə kirayə verilir qış aylarında isə bu cür elanlar azlıq təşkil edir.

Ekspert kirayə qiymətlərinin necə dəyişdiyinə aydınlıq gətirib: “Hazırda bağ evlərinin kirayə qiymətləri 500 manatdan başlayır. Hovuzu olan bağ evləri 1 500 manatdan başlayaraq təklif olunur. Ümumilikdə hər bir şəraiti olan bağ evlərinin aylıq kirayəsi 1 500 manatdan başlayır və yerləşdiyi ərazi və şərait kimi amillərə görə 2 500-3 000 manata qədər yüksələ bilir. Dəniz kənarına yaxın və hovuzlu bağ evləri isə 3 000 manatdan başlayır. May ayından etibarən vətəndaşlar yay üçün kirayə bağ evi axtarışına çıxırlar. Bu aylarda tələb artır nəticədə qiymətlərdə artım müşahidə olunur. Bununla belə bu il qiymətlərin kəskin artacağı gözlənilmir”.

R.Qasımzadə bağ evlərinin satış qiymətləri isə torpaq sahəsindən, evin sahəsindən və yerləşdiyi ərazidən asılı olaraq dəyişdiyini bildiirb: “Hazırda satışda olan bağ evlərinin qiymətləri 80 min manatdan başlayaraq 10 milyon manata qədər yüksəlir. Xüsusilə Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna və Novxanı ərazilərində bağ evlərinin qiymətləri daha bahadır”.

Əmlak eksperti qiymət artımının səbəblərinə aydınlıq gətirib: “Son illərdə bağ evlərinin qiymətlərində əsas artım pandemiya dövründə müşahidə edilib. O dövrdə xaricə və rayonlara getmək mümkün olmadığı üçün Bakı ətrafında bağ evlərinə tələbat kəskin artmışdı. Nəticədə, qiymətlər də fantastik dərəcədə yüksəldi. Hazırda qiymət artımına təsir edən əsas amillərdən biri torpaq qiymətlərinin bahalaşmasıdır. Torpaq sahələrinin qiymətindəki artım bağ evlərinin ümumi dəyərinə də təsir edir. Yaz və yay mövsümündə tələbatın artması qiymətlərə müəyyən qədər təsir göstərəcək”.

 

Bakı kəndlərində kirayə bağ evləri:
 

1

Buzovna - Şağan 

    5 otaq

       5 min AZN

2

 Bilgəh 4 -6 otaq

      2.500 - 5 min AZN

3

 Mərdəkan  

 4 - 5 otaq

    1 500 – 5 min AZN

4

Şüvəlan

    5 min AZN  - 17 min AZN

5

⁠ Nardaran  

6 otaq

      5 min AZN
 

 

Bakı kəndlərində satılıq evlər:
 

1

Nardaran ,Sea Breeze Properties

8 otaqlı bağ evi

2 milyon 550 min AZN

2

Buzovna 7 otaqlı bağ evi

2 milyon 500 min AZN

3

 Mərdəkan 7 otaqlı bağ evi

 1 milyon 700 min AZN

4

Şüvəlan 5 otalı bağ evi

1 milyon 200 min AZN

5

⁠ Bilgəh 5 otaqlı

615 min AZN


Qeyd: Qiymətlər 14.03.2025-ci il tarixində elan saytlarında yerləşdirilən məlumatlara əsaslanır.

Seçilən
14
operativmedia.az

1Mənbələr