ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Tramp açıqlayıb.
Onun sözlərinə görə, söhbət martın 13-də olub.
Tramp rusiyalı həmkarı ilə telefon danışığını yaxşı və məhsuldar adlandırıb.