Karlo Ançelottinin rəhbərliyi altında "Real"da oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülər üçün diqqət çəkən iddia ortaya atılıb.
Hakan Çalhanoğlunun Avropadan bir çox komandanın radarında olan Arda Gülərlə bağlı istəyi diqqət çəkib.
Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, A Seriyasının nəhəngi "İnter"in "Real"dan Arda Güləri transfer etmək istədiyi bildirilir.
"İnter" rəhbərliyinin Hakan Çalhanoğlu ilə yaxın münasibəti olduğu üçün Arda Güləri transfer etməkdə üstünlüyü olduğunu düşündüyü bildirilib.
"İnter"in Arda Güləri icarə əsasında heyətinə qatmağı düşündüyü vurğulanıb.
20 yaşlı Arda Gülər bu mövsüm "Real"da 29 oyuna çıxıb və 1081 dəqiqə meydanda olub. Arda Gülər bu yarışlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
Arda Gülərin "Real" ilə müqaviləsi 2029-cu il iyuun 30-da başa çatacaq. Gənc oyunçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.
"Gənclerbirliği"nin gənclər akademiyasında yetişən Arda Gülər daha sonra "Fənərbaxça"da çıxış edib. "Real" "Fənərbağça"ya transfer haqqı olaraq 20 milyon avro ödəyib. Arda Gülərin növbəti satışından "Fənərbağça" 20 faiz pay alacaq.
Arda Gülər Türkiyə millisində 18 oyunda oynamaq şansı qazanıb. 20 yaşlı on nömrə bu görüşlərdə üç dəfə rəqib qapısına yol tapıb. /Lent.az
Milli.Az