AZ

İraq hökuməti İran qazına alternativ axtarır

İraqın hökumət rəsmisi deyib ki, Bağdad sanksiyalardan əziyyət çəkən qonşusundan asılılığını azaltmağa çalışır və İranın qaz idxalına alternativlər, o cümlədən Körfəzdəki digər variantları araşdırır.

“Əl Ərəbiyə” telekanalı xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası həftəsonu İraqın qaz idxalına qadağa qoymasa da, Bağdadın İrandan elektrik enerjisi almasına icazə verən sanksiyalardan imtina etmək qərarını elan edib. İranın qaz və elektrik təchizatı İraqın enerji ehtiyacının üçdəbirini təşkil edir.

İraqın Elektrik Enerjisi Nazirliyinin rəsmisi Saad Cassemin sözlərinə görə, əvvəllər bu ölkənin yalnız İrandan qaz idxalı olub, lakin hazırda hökumətin göstərişləri və bir çox idxal mənbələrinə güvənmək üçün siyasi iradə var.

Nazirliyin yanacaq departamentinin direktoru çərşənbə günü AFP-yə müsahibəsində bildirib ki, İraq hələ də İran qazının idxalını dayandırmayıb. Onun açıqlaması İranın ABŞ-ın nüvə proqramı ilə bağlı danışıqlar təklifini rədd etməsindən sonra, Vaşinqton ilə Tehran arasında gərginliyin artması fonunda verilib.

ABŞ diplomatı isə AFP-yə deyib ki, İraq hökuməti İrandan bütün təbii qaz alışlarını sürətlə ləğv etməlidir.

Böyük neft sərvətinə baxmayaraq, İraq onilliklər boyu davam edən münaqişələr nəticəsində dağılıb, dağılan infrastrukturdan əziyyət çəkir və bu ölkədə hər gün elektrik enerjisinin kəsilməsi baş verir. Rəsmi Bağdad Körfəzin ərəb ölkələrindən təbii qaz idxal etmək və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək niyyətindədir. Saad Cassem bildirib: “Biz ən pis ssenarini nəzərdən keçirməliyik, əgər fasilə olarsa, alternativlər hazırlamışıq. Regionda Qətər ən böyük təbii qaz istehsalçısıdır, biz Dohaya bir neçə dəfə səfər etdik və onlar İraqa güzəştli tariflərlə kömək etməyə hazırdırlar. Alternativlər arasında Oman da var”. O əlavə edib ki, Türkmənistandan qazın İrana boru kəmərləri ilə nəqli üzrə də danışıqlar aparılır.

Seçilən
7
azpost.info

1Mənbələr