AZ

Dövlət Agentliyi istehlakchi.az saytını təqdim edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşəbbüskarı və operatoru olduğu istehlakchi.az saytını təqdim edib.

FED.az xəbər verir ki,  sayt barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi istehlakçılara, xüsusilə də həssas qruplara hüquq və vəzifələri barədə məlumat verməkdir: "Sayt istehlakçılara bir növ bələdçilik edərək, onların alqı-satqı prosesində, ticarət obyektlərində və yaxud ictimai şəbəkələrdə məhsul və yaxud xidmət əldə edərkən qarşılaşdıqları problemlərin həlli üçün qanunvericiliyin təqdim etdiyi bütün təminatlardan istifadə etmələri istiqamətində üsullar və hüquqi müdafiə alətləri təqdim edir".

G.Hüseyn bildirib ki, layihə çərçivəsində inzibati orqanlarla yanaşı məhkəmə yolu ilə müdafiə vasitələrinə dair maarifləndirmə aparılır: "Eyni zamanda, mediasiya, mediatorların dəstəyi və yaxyd ictimai birliklərin yardımı kimi alternativ həll yolları da təqdim olunur. Məqsəd odur ki, istehlakçı hansı halda hara müraciət etməli olduğunu, hüququ pozularsa problemin həllini hansı inzibati orqanda və yaxud məhkəmədə axtarmalı olduğunu bilsin". (Report)

Seçilən
0
1
fed.az

2Mənbələr