AZ

Egils Levits: Qlobal Forum dünyada beynəlxalq ictimai fikrin formalaşdırılmasında əsas rol oynayan plarformalardan biridir

"Azərbaycan 30 ildən artıq bir müddətdə işğal olunan ərazilərini azad edib. Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunub".

Bunu Latviyanın keçmiş Prezidenti Egils Levits APA-ya açıqlamasında bildirib.

O vurğulayıb ki, eyni yanaşma bu ölkədəki münaqişəyə nəzərən də həyata keçirilməlidir:

"Hazırda biz Ukraynaya qarşı da aqressiya müşahidə edirik. Buna son qoyulmalıdır. Eyni yanaşma bu ölkədəki münaqişəyə nəzərən də tətbiq edilməli, problem beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır".

Egils Levits ötən il keçirilən XI Bakı Qlobal Forumundan sonra dünyada vəziyyət tamamilə dəyişdiyinə diqqət çəkib.

Latviyanın keçmiş dövlət başçısının fikrincə, Bakı Qlobal Forumu dünyada beynəlxalq ictimai fikrin formalaşdırılmasında əsas rol oynayan plarformalardan biridir:

"Ona görə də hesab edirəm ki, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Şimal, Cənub, Şərq və Qərb üçün böyük siyasi, coğrafi, əhəmiyyət daşıyır. Bu forum hər il müxtəlif tarixi cəhətlərə malik dövlətləri və fərqli fikirləri olan insanları bir yerə toplayır. Onlar hazırkı vəziyyəti təhlil edir, çıxış yollarını axtarırlar".

Seçilən
15
2
apa.az

3Mənbələr