AZ

Bu il SİF tərəfindən verilmiş kreditlərin sahələr üzrə bölgüsü açıqlanıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

FED.az bu barədə Sahibkarlığın İnkişafı Fondundan məlumat əldə edib.

Məlumata görə, verilmiş kreditlərin ümumi məbləğinin 40,5%-i kənd təsərrüfatının, 56%-i sənayenin (o cümlədən, aqrar emal), 3,5%-i isə digər sahələrin payına düşüb.

Bu ilin 2 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir. Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 96,5%-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 75%-ə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür.

Bununla yanaşı, mikro, kiçik və orta bizneslərin dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi davam etdirilib. Yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.

Seçilən
0
1
fed.az

2Mənbələr