Bakı, TurkicWorld
Əlcəzair Hərbi Hava Qüvvələri Oum Bouaghi Hava Bazasından Sukhoi Su-35 qırıcıları ilə ilk əməliyyat təlim uçuşunu həyata keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu addım Əlcəzairin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığını gücləndirdiyini və ölkənin hava gücünü artırmaq niyyətində olduğunu göstərir.
Əlcəzairin Su-35 döyüş təyyarələrindən operativ şəkildə istifadəyə başlaması hərbi modernləşdirilmə prosesində kritik dönüş nöqtəsi hesab olunur. Məlumata görə, ölkənin inventarına daxil olan bəzi Su-35-lər əslində Misir üçün istehsal edilib. Lakin Misir ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən 2020-ci ildə müqaviləni ləğv etdikdən sonra həmin qırıcıların yeni alıcısının Əlcəzair olduğu bildirilir.
Bundan əlavə, Əlcəzair fevral ayında Rusiyaya beşinci nəsil Su-57 qırıcılarını sifariş edərək, bu modeli alan ilk beynəlxalq müştəri olub.
Ekspertlər hesab edirlər ki, Əlcəzairin Su-35 donanması hava döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Təyyarələrin üstünlükləri arasında AL-41F-1S mühərrikləri, İrbis-E radarı və yüksək manevr qabiliyyəti xüsusilə diqqət çəkir.
Qeyd edək ki, Rusiya bu günə qədər Su-35 döyüş təyyarələrini Çin, İran və Əlcəzairə ixrac edib.
Cezayir'deki Oum El Bouaghi Hava Üssü üzerinde bir Rus Su-35SE savaş uçağı görüntülendi.
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) March 14, 2025
Bu uçağın, Cezayir’in teslim aldığı ilk Su-35 olduğu değerlendiriliyor. Cezayir, Su-57 de sipariş etmişti. pic.twitter.com/whg8HOseRA