AZ

Qusarda yüksək dağlıq ərazidə yanğın başladı » AzadMedia.az


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.

Əlavə məlumat veriləcək.
Seçilən
9
16
azadmedia.az

10Mənbələr