Gözlənildiyi kimi, Anxel Korrea ağır cəzadan qaça bilməyib.
İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Atletiko”nun futbolçusunu 5 oyunluq cəzalandırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, La Liqanın 27-ci turunun “Xetafe” ilə oyununun 88-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə alan argentinalı futbolçu meydanı tərk edərkən hakimi təhqir etmişdi. Onun referinin anasını söydüyü bildirilir. Bu səbəbdən futbolçu ağır cəzalandırılıb.
Korrea bu mövsüm “Atletiko”da ümumilikdə 37 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta