Almaniya Ukraynaya əlavə 3 milyard avro məbləğində hərbi yardım ayıra bilər və bunun üçün artıq heç bir maneə yoxdur.
“Report” "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bunu Xristian Demokrat İttifaqının lideri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, martın 21-də Bundesratın Ukraynaya yeni yardım haqqında qərarı təsdiqləyəcəyini gözləyir.
Xatırladaq ki, Ukraynaya əlavə 3 milyard avro yardımın ayrılması məsələsi Almaniyada fevralın 23-də keçirilmiş parlament seçkilərindən əvvəl müzakirə olunurdu. Lakin kansler Olaf Şolts bu məsələnin müzakirəsini bloklayaraq qərarın artıq seçkilərdən sonra qəbul edilməli olduğunu izah etmişdi.
Seçkilərdən sonra Merts Ukraynaya əlavə yardım haqqında qərarın qəbul ediləcəyinə söz vermişdi.
Martın 6-da Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya 3 milyard avro məbləğində hərbi yardım paketinin hazırlandığını bildirib.