AZ

Naxçıvanda qarölçmə işləri davam edir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Suların İstifadə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti “SEDAM” MMC 14 saylı Regional Sahənin mütəxəssisləri tərəfindən Şahbuz rayonunda “Biçənək Stansiyası-Biçənək aşırımı” marşrutu üzrə qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.

Aparılan ölçmələrin nəticələrinə əsasən qarın orta hündürlüyü 2100 metr yüksəklikdə 19 sm, 2210 metr yüksəklikdə 25 sm, 2300 metr yüksəklikdə isə 28 sm təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə qarölçmə işlərinə ötən ilin dekabr ayının 6-dan başlanılıb və digər marşrutlar üzrə işlər mart ayının 19-dək yekunlaşdırılacaq.

Səbuhi HƏSƏNOV

 

Seçilən
4
xalqqazeti.az

1Mənbələr