AZ

Bakı tibb universitetinin tələbələri Britaniyaya dəvət edilib

Bakı

Britaniyalı alim, Lordlar Palatasının üzvü Syuzan Qrinfild azərbaycanlı tələbələri beyin xəstəliklərinin, o cümlədən Parkinson və Alzheimerin tədqiqi ilə məşğul olan komandasına qoşulmağa dəvət edib. “Ulusum”.az xəbər verir ki, XII Qlobal Bakı Forumunda iştirak edən mütəxəssis NEWS.ru ilə söhbətində bildirib ki, Azərbaycanın səhiyyə naziri ilə görüşmək və Bakıda Tibb Universitetində mühazirə oxumaq ona qismət olub.Biz mümkün əməkdaşlıq məsələsini qaldırdıq. “Əminəm ki, azərbaycanlı tələbələr mənim komandama qoşulsalar, çox yaxşı olardı”, - Qrinfild vurğulayıb.Onun sözlərinə görə, britaniyalı həkimlər azərbaycanlı həmkarlarına müxtəlif maraq dairələri üzrə eksperimentlər aparmaq üçün resurslar təqdim edə bilərlər. Qrinfild qeyd edib ki, xüsusən də Bakı universitetinin tələbələri beyin xəstəlikləri sahəsində birgə tədqiqatların iştirakçısı ola bilərlər.

Diqqət Çəkənlər

Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu

NK: Taksilərdə əlavə ödəniş tələbi qadağan edildi

Ərdoğan: Türkiyə Sülh və Ədalət Yolunda Qətiyyətlidir

Seçilən
5
ulusum.az

1Mənbələr