Bu gün Misli Premyer Liqasında XXVII tur start götürüb.
Offsideplus.az xəbər verir ki, III dövrənin axırıncı turu çərçivəsində günün yeganə görüşü Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirilir.
Son vaxtlar "qala zolağ"a düşən "Araz-Naxçıvan" uğursuz oyunlar seriyasını "Şamaxı" ilə görüşdə dayandırmağa çalışır. Elmar Baxşıyevin yetirmələri Premyer Liqanın son 6 matçında cəmi 4 xal qazanıb - 4 heç-heçə, 2 məğlubiyyət.
İkinci pilləni "Zirə"yə təhvil verən Naxçıvan təmsilçisi "ilk üçlük"dəki yerini də itirə bilər.
Misli Premyer Liqası, XXVII tur
"Araz-Naxçıvan" - "Şamaxı" 1:0 (birinci hissə)
Ülvi İsgəndərov, 8