Avstriyada vombat balasını anasından alan amerikalı fenomen görüntüləri sosial şəbəkədə paylaşıb.
Milli.Az xəbər verir ki, yayılan görüntülər ölkədə ictimaiyyətin qınağına səbəb olub və gənc qıza sərt reaksiyalar verilib.
Bu qınaqlara tab gətirə bilməyən fenomen vizasının ləğv olunmasından qorxaraq, dərhal Avstriyadan qaçıb.
Qızın "Balanı sadəcə 1 dəqiqəlik ehtiyatla tutdum və anasına qaytardım. Onu incitmədim" açıqlaması da izləyicilərin qəzəbinə təsir etməyib. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
