AZ

Prezidentdən MÜHÜM AÇIQLAMA: Rusiya-Ukrayna müharibəsi dayansa belə…

Azərbaycan Prezidenti İlham Əliyev qlobal sabitliyin əldə oluna bilməsi məsələsində nikbin olmadığını bəyan edib.

“Euronews” telekanalına müsahibəsində İlham Əliyev realist olmağa üstünlük verdiyini deyib:

“Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur”.

O xatırladıb ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi:

“Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.

Onun sözlərinə görə, eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar:

“Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Seçilən
1
7
tribunainfo.az

10Mənbələr