AZ

Bakıda daha bir nəfər spirtdən öldü




Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.


"Medicina" xəbər verir ki,spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Seçilən
12
12
medicina.az

10Mənbələr