Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Elxan Mayılov ağacdan yıxılan zaman əlində olan silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Elxan Mayılov xəstəxanaya yerləşdirililib.
Faktla bağlı araşdırma aparılır.