Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O qeyd edib ki, növbəti həftənin ilk günlərində - martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.