Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.