AZ

İmmunitetin gizli açarı: 1 damcısı möcüzələr yaradır

İmmunitetin gizli açarı:

Təbii sağlamlıq məhsulları arasında seçilən arı südü və propolis, immun sistemini gücləndirərək xəstəliklərə qarşı təbii müdafiə yaradır. Ana südü qədər dəyərli bu məhsullar orqanizmi həm fiziki, həm də ruhi cəhətdən dəstəkləyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, propolis antibakterial və antiviral xüsusiyyətləri ilə infeksiyalarla mübarizə aparır, immun hüceyrələrini aktivləşdirir və iltihabı azaldır. Arı südü isə hüceyrə yenilənməsini dəstəkləyir, bədəni qidalandırır və müqavimətini artırır. Birlikdə istifadə edildikdə, orqanizmin sağalma prosesi sürətlənir.

Arı südü təbii şəkərlər, vitaminlər və zülallarla enerji mənbəyidir, fiziki və zehni yorğunluğu azaldır. Stresli dövrlərdə və aktiv həyat tərzi olanlar üçün ideal seçimdir. Propolis isə hüceyrə səviyyəsində enerji istehsalını dəstəkləyərək uzunmüddətli gümrahlıq təmin edir.

Arı südü B və A vitaminləri, amin turşuları və minerallarla, propolis isə flavonoidlər və fenolik turşularla zəngindir. Bu güclü tərkib immuniteti gücləndirir, xəstəliklərdən qoruyur və bədənin ümumi sağlamlığını dəstəkləyir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
18
e-saglam.az

1Mənbələr