AZ

Putin: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həmişə tərəfdarı olub"

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında əmin edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır və buna hər vəchlə kömək etməyə hazırdır.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin bununla bağlı vurğulayıb ki, Rusiya Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını həmişə dəstəkləyib və dəstəkləməyə davam edəcək. Həm Ermənistan, həm də Azərbaycan bu məqsədlərə çatmaqda Rusiya tərəfinin hər hansı mümkün köməyinə həmişə ümid edə bilərlər. \\Oxu.Az

16:50

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyan Rusiya Federasiyasının rəhbərinə Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumat verib.

Tərəflər, həmçinin, regional və ikitərəfli məsələləri müzakirə ediblər. \\Oxu.Az

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr