AZ

Aİ-ABŞ tarif müharibəsi: "ABŞ-dan gələn hər şeyə hazırıq"

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Olof Gill, ABŞ tərəfinin Aİ-nin ABŞ-nin polad və alüminium tariflərinə qarşı gördüyü tədbirlərə cavab verəcəyi təqdirdə hazır olduqlarını söylədi.

Gill, Brüsseldə təşkil edilən gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın dünənki açıqlamaları ilə bağlı açıqlamalar verib ki, AB ABŞ-ə qarşı tariflər tətbiq etmək planını həyata keçirərsə, əlavə tariflərlə cavab verəcək.

ABŞ tərəfinin Aİ-nin əks tədbirlərinə cavab verəcəyi təqdirdə hazır olduqlarını vurğulayan Gill, "Bəli, ABŞ-dən gələcək hər şeyə hazırıq. Bir ildən artıqdır ki, buna hazırlaşırdıq" deyib.

ABŞ-nin dünən polad və alüminium idxalına tətbiq etməyə başladığı 25 faizlik tariflərdən dərin təəssüf hissi keçirdiklərini bildirən Gill, "ABŞ-ni tətbiq edilən tarifləri dərhal ləğv etməyə çağırırıq", - deyə bildirib.

Tariflərdən qaçmaq üçün ABŞ ilə danışıqlar aparmaq istədiklərini ifadə edən Gill, ABŞ-nin dünən verdiyi qərarın mümkün nəticələrinə hazır olduqlarını təkrarlayıb.

Həmçinin bildirək ki, ABŞ-nin polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-dən qüvvəyə minib.

Seçilən
0
1
aznews.az

2Mənbələr