İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.
Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.
Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.